Ara Ayvazyan Sergey Lavrolva birgə mətbuat konfransı zamanı qeyd etdi ki, hərtərəfli siyasi həll yalnız sülh danışıqlar yolu ilə mümkündür.
“Dağlıq Qarabağ münaqişəsinin həll olunmaqdan uzaq olduğuna dair mövqeyimizi bir daha təsdiqlədim. Yalnız sülh danışıqlar yolu ilə hər tərəfin hüquqlarını nəzərə alacaq, Cənubi Qafqaza sülh və sabitlik gətirəcək hərtərəfli bir siyasi razılığa gəlmək mümkündür.
Belə bir həll ilk növbədə Artsax xalqının öz müqəddəratını təyin etdiyi sərhədlər içərisində Artsaxın statusunun müəyyənləşdirilməsi əsasında olmalıdır.
Nizamlanmanın prinsipləri ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən hazırlanıb.
Erməni tərəfi Minsk qrupu həmsədrlərinin 13 aprel tarixli bəyanatında qeyd olunan "tərəflərin yaxşı tanıdığı elementlər və prinsiplər əsasında yekun hərtərəfli və davamlı nizamlanmanın əldə edilməsinə xüsusi diqqət yetirilməsinə” dair ortaq mövqeyini bölüşür.
Artsaxdakı humanitar məsələlərə də toxunulub. Artsaxda yaşayış şəraitinin bərpası üçün atılan addımlar kontekstində Rusiyaya səylərinə görə bir daha təşəkkür etmək istəyirəm.
Bu gün artsaxlılar üçün öz evlərinə qayıtması, infrastrukturun, mənzil fondunun bərpası, normal bir həyat qurulması və səhiyyə ilə əlaqədar problemlərin həlli hər şeydən daha çox vacibdir”,- deyə Ara Ayvazyan qeyd etdi.