RF Xİ naziri Sergey Lavrov bəyan edib ki, komunikasiya xətlərinin blokdan çıxarılmasına dair qərarlar "yalnız könüllü" ola bilər.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev bəyan etmişdir: "Biz Zangezur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”.
Rusiya Xarici İşlər Naziri Azərbaycan prezidentinin bəyanatına münasibət bildirib:
“Ermənistan, Rusiya və Azərbaycan liderlərin əldə etdiyi bəyanatların həyata keçirilməsi yalnız könüllü, diplomatik razılıqla ola bilər. Buna zidd olan hər hansı bir bəyanat alternativ kimi qəbul edilə bilməz"- Lavrov vurğulayıb.