Ermənistan Respublikası XİN başçısının vəzifəsini icra edən Ara Ayvazyan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüş zamanı qeyd etdi ki, bu səfər Ermənistan-Rusiya dövlətlərarası dialoqunun geniş məsələlərinin müzakirəsini davam etdirmək üçün yaxşı bir fürsətdir.
“Biz İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya, Parlamentlərarası Komissiya və Hərbi-Texniki Əməkdaşlıq Komissiyası kimi mexanizmlər vasitəsilə ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlıyıq.
Bu səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrə başladıq və gün ərzində müzakirələri davam etdirəcəyik.
Bu kontekstdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Rusiya, Fransa və ABŞ) himayəsi altında sülh prosesinin yenidən başlanması üçün şəraitlərin yaradılması vacibdir.
Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçmiş tarixi və mədəni irsinin qorunması məsələsi son dərəcə aktualdır”,- deyə XİN başçısı bildirdi.