Ermənistanda son sutkada koronavirusa 425 yoluxma qeydə alınıb, 714 nəfər sağalıb.
Məlumatı ER Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 218 325-ə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 14 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 192 nəfərə yüksəlib.
Koronavirusa yoluxan 202 273 nəfər sağalıb. Hazırda 10 828 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 1004873 test aparılıb.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1032 nəfərdir.