ER Xİ nazirinin vəzifəsini müvəqqəti icra edən Ara Ayvazyan RF Xİ naziri Sergey Lavrov ilə keçirdiyi birgə mətbuat konfransı zamanı qeyd edib ki, Ermənistan-Rusiya müttəfiq əməkdaşlığı səviyyəsinə görə məsələlərin geniş dairəsi müzakirə olunub.
"Səmimiyyət və etimad şəraitində nəinki ikitərəfli əməkdaşlıq, həm də çoxtərəfli platformalarda tərəfdaşlığa dair məsələlərə toxunulub.
İkitərəfli münasibətlər kontekstində bütün səviyyələrdə, o cümlədən ən yüksək səviyyədə dövlətlərarası dialoqun intensivliyi vurğulanmışdır. Nazirliklər və ali idarəçiliklər arasındakı fəal əməkdaşlıq da göz qabağındadır. Ticarət-iqtisadi və hərbi-texniki hökumətlərarası komissiyaların müntəzəm iclasları nəticəsində əməkdaşlığın pozitiv şəkildə yaxşılaşdırılması, ticarət dövriyyəsinin artırılması və əməkdaşlığın daha da genişləndirilməsi üçün aydın, ortaq addımların atılacağını gözləyirik”- Ara Ayvazyan qeyd edib.