ER Prezidenti Armen Sargsyan bu gün Dünya Şahmat Federasiyasının (FİDE) sədri, “Skolkovo”-nun həmtəsisçisi Arkadi Dvorkoviçi qəbul edib.
Görüş zamanı Ermənistanda şahmatın inkişaf prespektivlərinə dair fikir mübadiləsi aparılıb. Ermənistanın zəngin şahmat ənənələri və onların qorunmasının və inkişafının vacibliyi vurğulanıb.
Görüşdə ATOM təşəbbüsü çərçivəsində “Skolkovo” Beynəlxalq Elmi-Təhsil Mərkəzi ilə əməkdaşlıq imkanlarına da toxunulub.