Ermənistanın Xarici İşlər Nazirliyi Şuşidəki Müqəddəs Amenaprkiç kilsəsində Azərbaucan tərəfindən törədilən mədəni soyqırım ilə bağlı bəyanat yaydı.
Bəyanatda qeyd olunur:
“Şuşidəki Müqəddəs Amenaprkiç Ghəzançetsots Katedralində Azərbaycanın hərəkətləri qınanmalıdır, xüsusən də erməni ibadətgahlarının, abidələrinin dağıdılması və bu hərəkətlərə bəraət qazandırmaq üçün artıq bir çox presedentlər var.
Artsaxa qarşı təcavüz zamanı Azərbaycan silahlı qüvvələri tərəfindən törədilən çox sayda hərbi cinayət arasında, bir gün ərzində Şuşidəki Ghazantçetsots Katedralinin yüksək dəqiqlikli silahlarla iki dəfə qəsdən atəşə tutulması diqqət çəkir. Atəşkəsdan sonra da vandalizm hadisələri izlədi.
Azərbaycanın Şuşidəki Ana Katedrali ilə bağlı fəaliyyətləri Erməni Apostol Kilsəsi ilə məsləhətləşmədən həyata keçirir, bu da erməni dindarların din azadlığı hüququnu açıq şəkildə pozur. YUNESKO-nun Missiyasının işi başlamazdan əvvəl Azərbaycanın kilsənin memarlıq görünüşünün dəyişdirilməsi üzrə işlərə başlaması da narahatedicidir.
Aydındır ki, Azərbaycan YUNESCO mütəxəssislərinin təhlükə altında olan erməni mədəni irs sahələrinə girişini maneə törətməklə bir tərəfdən törətdiyi müharibə cinayətlərini ört-basdır edir, digər tərəfdən abidənin tarixi və memarlıq bütövlüyünü dəyişdirir.
Bu vəziyyətdə, Şuşi Ana Katedralini erməni kimliyindən məhrum etməyə yönəlmiş Azərbaycanın bu hərəkətlərinin vandalizm olması barədə erməni tərəfinin bütün narahatlıqları çox əsaslıdır.
Ğazançetsots Katedrali, Azərbaycan tərəfindən işğal edilmiş Artsax ərazilərindəki çoxsaylı erməni tarixi və mədəni abidələri və ibadətgahları ilə bağlı hər hansı bir hərəkət beynəlxalq, ilk növbədə, YUNESCO mütəxəssislərinin fəal iştirakı olmadan həyata keçirilə bilməz.
Şuşidəki Ana Katedrali Artsaxda Erməni Apostol Kilsəsinin vacib mərkəzlərindən biridir və insanlar üçün müqəddəs yer kimi xidmət etməlidir”.