Azərbaycanın telegram kanallarından biri Ermənistan-Azərbaycan sərhədində erməni hərbçinin Ermənistan hərbçiləri tərəfindən öldürüldüyü barədə məlumat yayıb. Məlumata görə, həmin hərbçi sərhədi keçərək Azərbaycan tərəfinə təslim olmağa çalışıb.
Azərbaycan mediası hadisənin Ermənistan-Azərbaycan sərhədində Azərbaycanın Cəfərli kəndi və Ermənistanın Vazaşen kəndi istiqamətində baş verdiyini yazıb.
ER Müdafiə Nazirliyi məlumatın tamamilə yalan olduğunu bildirib: “Belə hadisə qeydə alınmayıb. Bu məlumat Azərbaycan təbliğat maşınının növbəti yalanlarındandır".