Azərbaycan illər boyunca dövlət səviyyəsində nifrət bəslədiyi bir xalqın mədəniyyət dəyərlərini bərpa edə bilməz.
Bu haqda Artsax Respublikasının Ombudsmanı Geğam Stepanyan öz Fasebook səhifəsində yazıb.
Ombudsman qeyd edib ki, “təmir işləri” adı altında azərbaycanlılar erməni dini-mədəni mühüm dəyərlərindən birini Şuşidəki Qazançetsots kilsəsini təhrif edirlər.
“Bir çox hallarda biz Azərbaycanın erməni mədəniyyət dəyərlərinə necə yanaşdığını görmüşük. İndi də “təmir işləri” adı altında əslində nələrin baş verdiyi anlaşılandır. Məqsəd erməni izlərini məhv etməkdir.
İllər boyunca Azərbaycan tərəfindən Artsaxda erməni xristian mədəniyyətini albanlaşdırmaq yaxud digər xalqlara aid etmək dövlət siyasəti yürüdülüb. Bu dəfələrlə tarixçilər və sənətçilər tərəfindən pislənmişdir, çünki bu cəhdlər həm tarixi xronologiya, həm də mədəni-məmarlıq xüsusiyyətlər baxımından əsassızdır.
Əgər Azərbaycan həqiqətən mədəniyyət dəyərlərin qorunması ilə maraqlanırsa və ”təmir işləri” aparırsa, onda sual doğulur səbəbi nədir ki, bu günəcən YUNESKO-nun müstəqil ekspert qrupuna böygəyə girmək üçün icazə verməyib?
Azərbaycan tərəfindən erməni mədəniyyətinə qarşı həyata keçirilən vandalizm barədə biz hər gün səslənirik və müvafiq beynəlxalq qurumlara baş verənləri təqdim edirik, amma məsələ tənqidlərdən və ya çağırışlardan o yana keçmir. Qətiyyətli addımlar lazımdır. Cəzasızlıq və özbaşnalıq Azərbaycanın azğın davranışının səbəbidir”,-Stepanyan vurğulayıb.