Artsax Respublikasının Parlamentinin sədri Artur Tovmasyan əmindir ki, ATƏT-in Minsk Qrupunun himayəsi altında Artsax keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri daxilində tam azadlığa qovuşacaq.
Bu barədə Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidovun tvitinə cavab olaraq bildirdi.
O yazdı ki, Əhməd Şahidovun tviti Azərbaycan hakimiyyətinin növbəti təxribatlarının davamıdır.
“10 Noyabr 2020-ci il tarixli bədbəxt bəyanatda Stepanakertin Azərbaycan ordusunun nəzarəti altına keçməsi ilə bağlı maddə yox idi. Bu gün Artsax xalqının təhlükəsizliyinin təminatçısı Rusiya sülhməramlı qüvvələri və Artsax ordusudur.
Əminik ki, ATƏT-in Minsk Qrupunun himayəsi altında keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri daxilində tam azadlığa nail olacağıq.
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrin rəhbərləri də anlayırlar ki, təhlükəsizlik zəmanəti ilə yanaşı Artsax xalqı üçün Artsaxın statusu məsələsi vacibdir”,- deyə o yazdı.