İsrailin Baş naziri Benyamin Netanyahuya Türkiyənin etirazını məhəl qoymamaq və ABŞ Prezidenti Co Baydenin Erməni Soyqırımını tanıma nümunəsini izləməsi üçün təzyiq artır. Məlumatı “News Week” mətbusu yayıb.
Co Bayden tərəfindən Soyqırımın tanınması ilə Birləşmiş Ştatlar, Birinci Dünya Mühribəsi zamanı Assuriya və Yunanlılar da daxil olmaqla 1,5 milyon erməninin və yüz minlərlə digər etnik azlığın etnik təmizləməsini soyqırım adlandıran 30-cu ölkə oldu.
Baydenin qərarı ABŞ ilə NATO müttəfiqi Türkiyə arasındakı gərginliyi daha da artırdı. Ankara mütəşəkkil soyqırımı tanımır.
Baydenin bu addımı ilə ABŞ-ın Yaxın Şərqdəki digər müttəfiqi İsrailə diqqət yetirildi. İkinci Dünya Müharibəsi zamanı altı milyon Yəhudinin Holokosta məruz qalmasına baxmayaraq, İsrail Erməni Soyqırımını tanımadı.
İsrail XİN rəhbəri bəyan etdi ki, İsrail erməni xalqının əzab və faciəsini tanıyır. ABŞ Prezidenti Co Baydenin Erməni Soyqırımını tanıması ABŞ Yəhudi Komitəsi tərəfindən məmnuniyyətlə qarşılandı və komitənin başçısı David Harisin sözlərincə, "Bayden həqiqəti siyasi məqsədəuyğunluq üçün qurban vermədi".
ABŞ-dakı Yəhudi Komitəsi, İsraili Co Baydendən nümunə götürməyə və Erməni Soyqırımını tanımağa çağırır.