Mayın 1-də saat 11:00-a olan məlumata görə, Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 216596-ə çatıb, 199115 nəfər sağalıb, 4128 nəfər vəfat edib. Hazırda ölkədə 12333 aktiv koronavirus xəstəsi var. Ümumi olaraq 988086 test aparılıb.
Dünən 4430 test aparılıb, koronavirus infeksiyasına daha 532 yoluxma faktı qeydə alınıb. 980 nəfər müalicə olunaraq sağalıb və 20 nəfər vəfat edib.
Əvvəlki gün 2 ölüm hadisəsi qeydə alınıb, lakin ölüm başqa xəstəlik səbəbindən olub. Bu cür hadisələrin ümumi sayı 1020-dir.