ER-nın YUNESKO-dakı daimi nümayəndəsi, səfir Kristian Ter-Stepanyan “Nouvelle d’Arménie” qəzetinə müsahibə verib. Müsahibədə əsas mözvu Azərbaycan tərəfindən işğal olunmuş ərazilərdəki erməni abidələrinin qorunması məsələsi olub.
Səfir qeyd edib ki, Ermənistanın məqsədi YUNESKO-nu Azərbaycan silahlı qüvvələrinin nəzarəti altında olan Artsax ərazilərində Azərbaycanın erməni mədəni irsini məhv etmə, vandalizm və mənimsəmə cəhdlərinin qarşısını alması prosesinə cəlb etməkdir.
Bakı YUNESKO-nun iştirakına razı olsa da, hələ də missiyanın həyata keçirilməsinə əngəllər yaradır.
Ter-Stepanyanın sözlərinə görə, Azərbaycan hakimiyyəti, YUNESKO mütəxəssislərinin o ərazilərə girdiyi zaman erməni mədəni irsinə qarşı vəhşiliklərə şahid olacağından qorxur.