ER Prezidenti Armen Sargsyan ABŞ Prezidenti Co Baydenə, Erməni Soyqırımını tanıdığına görə erməni xalqı adından minnətdarlığını bildirərək təşəkkür məktubu göndərib.
ER Prezidenti qeyd edib ki, bu, cəsarətli və ruhlandırıcı addımdır və bütün dünyadakı, o cümlədən ABŞ-da yaşayan ermənilər üçün çox vacibdir.
“Ermənistan həmçinin 2019-cu ildə ABŞ Nümayəndələr Palatası tərəfindən Erməni Soyqırımının tanınmasını və sonra ABŞ Senatının qəbul etdiyi birgə qərarı çox yüksək qiymətləndirir. Prezidentin müraciətı ABŞ tərəfindən Erməni Soyqırımının rəsmi olaraq tanınması prosesində çox vacibdir. Amerika Birləşmiş Ştatları bu bəyanatı ilə insanlığa qarşı törədilmiş bu dəhşətli cinayətin qurbanlarını yad etməklə yanaşı, insan haqlarını, ümumbəşəri dəyərləri, azadlığı və demokratiyanı da müdafiə edir.
Erməni Soyqırımının beynəlxalq səviyyədə tanınması və qınanması dünyada cəzasızlığın qarşısının alınmasına və aradan qaldırılmasına kömək edəcəkdir.
Erməni Soyqırımının tanınması nəinki tarixi səhvin düzəldilməsidir, həm də Türkiyəyə bu partlayıcı bölgədəki ambisiyalarından çəkinməyə açıq mesajdır”- deyə məktubda qeyd olunub.
Məktubda Prezident Sargsyan, həmçinin, Ermənistan-Amerika münasibətlərinin inkişaf perspektivlərinə toxunub: “İkitərəfli və çoxtərəfli gündəliyi genişləndirmək və ABŞ-Ermənistan münasibətlərini gücləndirmək üçün böyük potensial var.
İqtisadiyyat, yeni texnologiyalar, biotexnologiya, süni intellekt və digər sahələrdə əməkdaşlıq ikitərəfli münasibətlər kontekstində perspektivli ola bilər.
Bu vacib hədəflərə çatmaq üçün Sizinlə birlikdə çalışmağa tam hazır olduğumu bildirirəm”.