“RİA Novosti” xəbər verir ki, Ermənistan Respublikasının Baş Naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı fəaliyyətini effektiv qiymətləndirdiyini bildirib.
“Rusiya və Prezident Vladimir Putinin Dağlıq Qarabağdakı müharibənin bitməsində oynadığı rolu xüsusilə qeyd etmək istəyirəm. Vurğulamaq istəyirəm ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı fəaliyyətini effektiv qiymətləndirəm: Bu indi bizim üçün aydındır"- deyə RF Baş naziri Mişustin ilə görüş zamanı Nikol Paşinyan qeyd edib.
O xatırladıb ki, Rusiya, Ermənistan və Azərbaycan Baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli komissiyanın işi davam edir.
"Lakin qeyd etmək istərdim ki, bu günə qədər təəssüf ki, Azərbaycan 9 noyabr tarixli üçtərəfli bəyanatın ən vacib müddəasını yerinə yetirməyib. Bu, hərbi əsirlərin və digər saxlanılan şəxslərin qaytarılmasına aiddir"- deyə Nikol Paşinyan qeyd edib.
ER Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyaya "bu məsələnin həlli üçün göstərilən səylərə görə" təşəkkür edib.