RF Baş naziri Mixail Mişustin Rusiya Prezidenti Vladimir Putinin salamlarını ER Baş Naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyana çatdıraraq qeyd edib ki, Rusiya qardaş Ermənistanla uzun illər müttəfiq və strateji xarakter daşıyan münasibətləri yüksək qiymətləndirir. Bu barədə “RİA Novosti” məluamt yayıb.
"İlk növbədə, Rusiya Prezidenti Vladimir Putinin isti salamlarını və ən xoş arzularını çatdırmaq istərdim"- deyə Rusiya Baş naziri Mişustin Nikol Paşinyanla görüş zamanı söyləyib.
O vurğulayıb ki, Moskva Yerevanla qardaşlıq münasibətlərini yüksək qiymətləndirir.
Rusiya Baş naziri qeyd edib ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar bitdikdən sonra Rusiya, Ermənistan və Azərbaycan liderlərinin qəbul etdikləri bəyanat birgə iş üçün geniş imkanlar yaradıb.
“İlk növbədə, bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması və yeni infrastruktur marşrutları yaradılmasıdır. Bütün bunlar Zaqafqaziya bölgəsinin davamlı inkişafı üçün şərait yaradacaq”- deyə Mişustin qeyd edib.