Bu gün Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan Tacikistanın Düşənbə şəhərində KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclasında çıxış edib.
Cəubi Qafqazdakı vəziyyətə toxunan Grigoryan Türkiyə-Azərbaycan tandemindən, İkinci Qarabağ münaqişəsidə Türkiyənin rolundan, Türkiyə dəstəyi ilə münaqişə zonasına gətirilmiş muzdlularlardan danışıb.
O qeyd edib ki, əsir götürülmüş erməni hərbçilərin və Azərbaycanda saxlanılan digər şəxslərin qaytarılması Ermənistan üçün çox vacib məsələdir və bu məsələnin qısa müddətdə həll olunması üçün hər çür səy göstərilməlidir.
Rusiyanın rolunu vurğulayan ER TŞ katibi qeyd edib: “Bildiyiniz kimi, Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların dayandırılması və atəşkəsin qurulması Rusiya tərəfinin səyləri nəticəsində mümkün oldu. Rusiya Prezidenti Vladimir Putin bu müddətdə böyük şəxsi səylər göstərdi”.
Armen Grigoryan, Azərbaycanda yeni açılmış “park”a toxunaraq qeyd edib ki, "park" yaratmaq fikrinin özü əsl faşizmin təzahürüdür.