KTMT üzv dövlətlərinin Təhlükəsizlik Şuralarının katibləri, o cümlədən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Düşənbədə Tacikistan prezidenti Emoməli Rəhmonla görüşdülər. Bu barədə RF Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
“Rusiya, Tacikistan, Ermənistan, Belarusiya, Qazaxıstan və Qırğızıstanın milli təhlükəsizlik problemləri və təhlükələri, həmçinin KTMT çərçivəsində ölkələr arasında əməkdaşlıq məsələləri müzakirə edildi”,-məlumatda deyilir.
Qeyd edək ki, Patruşev və KTMT üzv ölkələrindən həmkarları Düşənbəyə Təhlükəsizlik Şurası Katibləri Komitəsinin iclasında iştirak etmək üçün getdilər.