“Bizim üçün ən acı məsələ əsir götürülmüş soydaşlarımızın məsələsidir”. Bunu hökumət iclasında ER Baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan bildirib və əlavə edib ki, Azərbaycan hərbi əsirlər və saxlanılan şəxsləri qaytarmaqla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.
Paşinyan qeyd edib ki, bu fakt artıq beynəlxalq gündəm məsələsinə çəvirilir.
“Dünən axşam Aİ çox vacib bəyanat yayıb. Çox konkret və ünvanlı şəkildə qeyd olunur ki, Azərbaycan bütün əsirləri, onların əsir götürülməsinin konkret şərtlərindən asılı olmayaraq, geri qaytarmalıdır. Önəmlidir ki, bu bəyanatda AİHM-də gedən proseslərə istinad olunur və siyasi bəyanata hüquqi komponent də əlavə olunur. Son dövrdə əsirlər məsələsi ilə bağlı beynəlxalq aktivlik çox vacibdir, bu məsələdə konkret nəticələr əldə edəcəyimizə dair nikbinliyi artırır”,-Nikol Paşinyan vurğulayıb.