Ukrayna Daxili İşlər naziri Arsen Avakov bildirib ki, ölkəsi Erməni Soyqırımını tanımalıdır. Avakov bu barədə sosyal şəbəkədə yazıb:
“Erməni Soyqırımı yalnız bir millətin faciəsi deyil. Bu, bəşəriyyətin təəssüf ki, heç bir dərs almadığı dəhşətli bir faciədir”,-Arsen Avakov qeyd etdi.
O həmçinin vurğuladı ki, soyqırımın tanınması gələcəkdə bu cür cinayətlərin təkrarlanmasına maneə olacaqdır. Avakov ermənilərin Ukrayna tarixinə verdiyi töhfələri yüksək qiymətləndirdi, xüsusilə 2014-cü ildə Maydan etirazları zamanı öldürülən ilk mülki şəxs olan Sergey Nigoyandan bəhs etdi.
Xatırladaq ki, Arsen Avakov 1964-cü ildə Bakıda erməni ailədə anadan olub. Ailəsi 1966-cı ildə Ukraynaya getdi.