Rusiyada səfərdə olan baş nazir vəzifəsini icra edən Nikol Paşinyan rusiyalı həmkarı ilə görüşüb.
Mixail Mişustin vurğuladı ki, 2022-ci ildə Ermənistan və Rusiya diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd olunacaq.
Mixail Mishustinin sözlərinə görə, Moskva Yerevanla uzunmüddətli strateji və müttəfiq xarakterli olan qardaşlıq münasibətlərini yüksək qiymətləndirir.
“Rusiya Ermənistanın lider tərəfdaşı olmaqda davam edir. Ortaq müəssisələrimiz böyük iqtisadi layihələr həyata keçirirlər.
Təəssüf ki, koronavirus ikitərəfli ticarətin dinamikasına təsir etdi. Əlbəttdə ki, bu vəziyyət bizim üçün əlverişli deyildir.
Hökumətlərarası komissiyamıza Ermənistanla ticarət dövriyyəsini və qarşılıqlı investisiyaların həcmini artırmaq üçün yeni təşəbbüslər hazırlamağı təklif edirəm”,- deyə Mişustin qeyd etdi.