ER Prezidenti Armen Sargsyan Parlamentin Fransa-Ermənistan Dostluq Qrupu sədrinin müavini, Fransa-Artsax Dostluq Dərnəyinin sədri Gi Tesienin rəhbərlik etdiyi Fransa Parlamentinin nümayəndə heyətini qəbul edib. Nümayəndə heyəti Fransa Senatının Fransa-Ermənistan Dostluq Qrupu sədrinin müavini, Fransa-Artsax Dostluq Dərnəyinin qurucu üzvü Valeri Buayer, Parlament deputatları Jaklin Dyubuan, Fransua Pupon, Gvazie Brıtondan ibarət idi.
Prezident Sargsyan qonaqları salamlayaraq qeyd edib ki, Ermənistanın Fransada çoxlu dostu var. Fransa Senatında və Parlametində Artsax Respublikasının tanınması zərurətinə dair qətnamələrin qəbulu, uzun illərdir apardıqları mübarizənin nəticəsidir.
Gi Tesien qeyd edib ki, Fransa tarixində bir çox müharibə görən, çətin sınaqlardan keçən və milyonlarla itki verən ölkə olduğu üçün müharibə zamanı erməni xalqının ağrı və əzablarını ən yaxşı anlayır və paylaşırdı.
Fransa Parlamentinin nümayəndə heyətinin nümayəndələri Artsaxa səfəri ilə bağlı təəssüratlarını təqdim ediblər.
Fransız parlamentarilər vurğulayıblar ki, Ermənistanı və Artsaxı dəstəkləməyə davam edəcəklər.
Respublika Prezidenti, Fransa ilə Ermənistan arasındakı dostluğun çoxvektorlu olduğunu qeyd edərək, fransız deputatlara fəaliyyətlərinə görə təşəkkür edib.