Aprelin 28-də Ermənistan Respublikası XİN rəhbəri vəzifəsini müvəqqəti icra edən Ara Ayvazyan Yaponiyanın yeni təyin olunmuş səfiri Fukusima Masanorini ilə görüşüb.
Ara Ayvazyan Yaponiya səfirini məsul vəzifəyə təyin olunması münasibətilə təbrik edərək ümid bildirib ki, səfir Masanorini Ermənistan-Yapon çoxsahəli əməkdaşlığının inkişafına və ikitərəfli gündəliyin zənginləşməsinə töhfə verəcək.
Tərəflər ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün birgə səylər göstərməyə qarşılıqlı hazır olduqlarını təsdiq ediblər.
Ara Ayvazyan, Covid-19 epidemiyasına qarşı mübarizədə, eləcə də Türkiyə-Azərbaycan təcavüzünün humanitar nəticələrinin aradan qaldırılmasında göstərdiyi köməyə görə Yaponiya tərəfinə dərin təşəkkürünü bildirib.
Ara Ayvazyan və Yaponiyanın yeni təyin olunmuş səfiri bir sıra regional sabitlik və təhlükəsizlik məsələlərinə toxunublar.