27 Apreldə, BMT-nin Asiya-Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci iclası çərçivəsində keçirilən "Asiya-Sakit Okeanda regional əməkdaşlıq yolu ilə böhrandan daha yaxşı çıxış" adlı iclasda ER XİN-in Çoxtərəfli Siyasət və İnkişaf Əməkdaşlığı şöbəsinin sədri Arman Xaçatryan da çıxış etdi.
Xaçatryan öz çıxışında Azərbaycan və Türkiyənin, xarici terrorçuların birbaşa iştirakı ilə, Artsaxa qarşı əvvəlcədən planlaşdırdığı genişmiqyaslı hərbi təcavüzünü və bunun nəticələrini təqdim etdi.
“Bu gün, 2020-ci ilin noyabrın 9-da üçtərəfli atəşkəs elan edildikdən təxminən altı ay sonra Azərbaycan müharibənin humanitar nəticələrini aradan qaldırmaq üçün beynəlxalq səylərə mane yaradmaqda davam edir. Azərbaycan Dağlıq Qarabağa humanitar yardımın girməsinin qarşısını alır və beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq bir çox hərbi əsiri həbsdə saxlayır. Eyni zamanda, Bakıdakı "hərbi qənimətlər parkı"-nın açılması ilə Azərbaycanda şiddəti, irqçiliyi və nasizmi qeyd edir”,-XİN nümayəndəsi vurğuladı.
Azərbaycanın güc tətbiqinə bəraət qazandırmaq cəhdlərinə toxunaraq, Xaçatryan bildirib ki, gücün tətbiqi ilə yaranan reallıq qanuni ola bilməz: “Bundan əlavvə, “Zangezur dəhlizi” barədə Azərbaycan prezidentinin son bəyanatlarında da Ermənistana ərazi iddialar və güc təhdidi var. Bu ritorika qəbuledilməzdir və regional sülh və sabitliyi ciddi şəkildə sarsıdır. Bu tələblər həm tarix, həm də beynəlxalq hüquq baxımından əsassızdır və 9 noyabr bəyanatına ziddir”.