Ermənistan prezidenti Armen Sargsyan Avropa Şurasının baş katibi Maria Peyçinoviç Buriçə və ATƏT-in baş katibi Helgar Maria Şmidə Azərbaycanda saxlanılan erməni hərbi əsirlər və mülki şəxslər məsələsinə dair məktublar göndərərək, Azərbaycanda saxlanılan bütün erməni əsirləri və mülki şəxslər qısa müddətdə geri qaytarılmasında kömək gözlədiyini qeyd etdi.
Prezident Sargsyan 2020-ci ilin Ermənistan üçün təkcə COVİD-19 səbəbi ilə deyil, eyni zamanda 27 sentyabrda Azərbaycanın Artsaxa qarşı başlatdığı müharibə səbəbiylə çətin bir il olduğunu vurğulayaraq qeyd edib ki, müharibənin dərhal dayandırılmasına dair beynəlxalq ictimaiyyətin dəfələrlə etdiyi çağırışlara baxmayaraq, Azərbaycanın hərbi-siyasi rəhbərliyi insan haqlarını və beynəlxalq humanitar qanunları kobud şəkildə pozaraq qəsdən dinc insanları və infrastrukturu hədəfə aldı.
“Bütün bunlar minlərlə itkiyə, minlərlə insanın əlil olmasına, əhalinin didərgin düşməsinə və erməni tarixi və mədəni irsinin məhv edilməsinə səbəb oldu.
Müharibə zamanı və sonrasında erməni hərbçilər və mülki şəxslər əsir götürüldü, işgəncələrə və Azərbaycan tərəfindən qeyri-insani rəftara məruz qaldı".
Artsaxdakı humanitar vəziyyətə diqqət yetirmənin vacib olmasını deyən prezident əsirlikdə olan bütün hərbi əsirlərin və mülki şəxslərin, Azərbaycan tərəfinin məhəl qoymadığı “hamı hamıya görə” prinsipi ilə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, hazırda Azərbaycan insan hüquqlarını və beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq əsir götürülmüş mülki şəxslərin və hərbi əsirlərin geri qaytarılmasına maneə törətməyə davam edir.
Ermənistanın bütün hərbi əsirlərin dərhal geri qaytarılması üçün beynəlxalq tərəfdaşlardan dəstək gözlədiyini qeyd edən Ermənistan prezidenti, Avropa Şurası baş katibinə, Avropa Şurasına, ATƏT-in baş katibinə müraciət edərək, beynəlxalq humanitar hüquqa uyğun olaraq bütün lazımi tədbirləri görməyə, hərbi əsirlər və mülki şəxslərin dərhal sərbəst buraxılması və təhlükəsiz qayıdışı təmin etməyə çağırıb.