Ermənistanda son sutkada koronavirusa 808 yoluxma qeydə alınıb, 588 nəfər sağalıb.
Məlumatı ER Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 214 872-yə çatıb.
Məlumata görə, ölkədə son sutkada daha 13 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 071 nəfərə yüksəlib.
Koronavirusa yoluxan 196 289 nəfər sağalıb. Hazırda 13 503 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 974 776 test aparılıb.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 009 nəfərdir.