Düşənbədə KTMT üzvü olan ölkələrin Təhlükəsizlik Şurası Katibləri Komitəsinin iclası çərçivəsində Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qrigoryan və Tacikistan Təhlükəsizlik Şurasının katibi Nasrullo Mahmudzodanın görüşü baş tutub.
Tərəflər qeyd etdi ki, bu, iki dövlətin Təhlükəsizlik Şuraları katibləri arasında keçirilən ilk rəsmi ikitərəfli görüşdür. Qrigoryan vurğulayıb ki, dövlətlərimiz artıq uzun zamandır KTMT çərçivəsində uğurlu iş aparırlar. O həmçinin ikitərəfli münasibətləri intensivləşdirməyin zamanı gəldiyini qeyd etdi.
Ermənistan-Tacikistan əməkdaşlığın inkişafı üçün Qrigoryan tacik həmkarına KTMT çərçivəsində tərəfdaşlarla ikitərəfli əməkdaşlığın təcürbəsini təqdim etdi və KTMT üzvü olan dövlətlərin TŞ ofisləri arasında əməkdaşlıq planlarının imzalandığını qeyd etdi.
Bu kontekstdə Qrigoryan tacik həmkarına belə bir sənədin hazırlanması üçün ikitərəfli işlərə başlamanı təklif etdi. Tərəflər ümid etdi ki, bu sənədin mövcudluğu iki ölkə arasında təhlükəsizlik sahəsinin bir sıra istiqamətlərində faydalı işlər üçün yaxı təməl olacaqdır.