“Freedom House” insan haqları təşkilatı aprelin 28-də Avropa və Avrasiya regionunda demokratiyanın vəziyyətinə dair “Keçid Ölkələri 2021” hesabatını açıqlayıb. Hesabatda Orta Asiyadan tutmuş Mərkəzi Avropaya qədər 29 ölkədə demokratik idarəçiliyin vəziyyəti dəyərləndirilir. Bu barədə AzadlıqRadiosu yazır.
Bildirilir ki, möhkəmlənmiş avtoritar rejimlər qapalı cəmiyyətlərdir, diktatorlar siyasi rəqabətə və plüralizmə mane olur, təməl siyasi, mülki və insan haqlarının irimiqyaslı pozuntuları üçün məsuliyyət daşıyır.
Qeyd olunur ki. Azərbaycanda möhkəmlənmiş avtoritar rejim hökm sürür. Azərbaycanla bir sırada Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın adları çəkilir.
Hesabatda deyilir ki, regionda neqativ xəbərlərin üstünlük təşkil etməsinə baxmayaraq, diqqətçəkən dirəniş nümunələri də var. Türkmənistan, Tacikistan və Azərbaycandan mühacirətdə yaşayan jurnalistlər, blogerlər, diaspora fəalları öz ölkələrində baş verənlər haqda məlumatlar yayırlar.