Aprelin 27-də ER Parlamentinin sədri Ararat Mirzoyan, Erməni Soyqırımı qurbanlarnının xatirəsini anma mərasimlərində iştirak etmək üçün Ermənistanda olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Parlamentinin Lordlar Palatasının üzvü Baronessa Kerolayn Koksu qəbul edib.
Qonağı salamlayan Ararat Mirzoyan qeyd edib ki, Parlamentdə erməni xalqının ən yaxşı dostlarından birini qəbul etmək şəxsən onun üçün böyük şərəfdir.
Parlamentin sədri və Baronessa Koks, Erməni Soyqırımının beynəlxalq səviyyədə tanınması, Artsaxdakı humanitar vəziyyətin yaxşılaşdırılması, Azərbaycan tərəfindən qanunsuz olaraq saxlanılan hərbi əsirlərin və digər şəxslərin vətənə qaytarılması ilə bağlı məsələləri müzakirə ediblər. Beynəlxalq tərəfdaşlarla işlərdə səylərin əlaqələndirilməsinə dair razılıq əldə edilib.
Görüşün sonunda Ararat Mirzoyan Kerolayn Koksa təxminən 30 il ermənilərin yanında olduğuna və bu illərdə fədakarlıqla ədalətli mübarizə apardığına görə təşəkkür edib.