Aprelin 25-də Azərbaycan tərəfi 25 erməni zəvvarın Dadivanka girşinə mane olub. Bu barədə Artsax Respublikasının Ombudsmanı Geğam Stepanyan bildirdi.
“Zəvvarların girişini açıq şəkildə yalan, əsassız bəhanələrlə əngəlləyən azərbaycanlı hərbçilərin məqsədi Erməni Apostol Kilsəsinin vacib mərasimini devirmək idi.
Bununla da Azərbaycan tərəfi, rus sülhməramlılarının vasitəçiliyi ilə əldə edilən razılaşmanı pozdu. Razılığa əsasən, erməni dindarları Dadivank monastırına girib mərasimlər keçirə bilərlər.
Dini hüquq və azadlıqlar Ümumdünya İnsan Haqları Bəyannaməsində və digər beynəlxalq sənədlərsə qeyd olunub. və həmin sənədlərə görə, bu hüquqların pozulması insan ləyaqəti, hüquq və azadlıqlarına təcavüzdür.
Özünü mədəni və dini müxtəliflik ölkəsi elan edən Azərbaycan beynəlxalq səviyyədə tanınmış normalara məhəl qoymur, işğal olunmuş ərazilərdə erməni xalqının mədəni irsini təhqir edir, məhv edir, erməni dilində olan yazıları və izlərini məqsədyönlü şəkildə silir və erməni dindarların müqəddəs yerlərə girişinə süni şəkildə mane olur”,- deyə Geğam Stepanyan bildirdi.
Ombudsman beynəlxalq qurumları Azərbaycanın qanunsuz hərəkətlərinə qarşı aydın mexanizmlərdən istifadə edilməyə çağırıb.