ER Ətraf Mühit Nazirliyi KİV-lərdə Əliyevlər ailəsinin “Çinar Parkında və Syunikdə gəzdiyinə” dair yayılan xəbərlərə reaksiya verib.
Açıqlamada qeyd olunub ki, yayılan fotolardakı ərazi “Çinar Parkı” dövlət yasaqlığı deyil, Tsav çayından o tərəfə, son müharibədən sonra Azərbaycan nəzarətinə keçmiş ərazidəki çinar ağaclarının davamıdır.
Vurğulanır ki, “Çinar Parkı” dövlət yasaqlığı ER Syunik bölgəsinin Nerkin Hand yaşayəş məntəqəsinin ərazisindədir, orada müharibədən əvvəl də sərhəd boyunca aydın kordinatlarla sütunlar yerləşdirilib.
Nazirlik dezinformasiya xarakterli əsassız məlumatlar yaymaqdan çəkinməyə və cəmiyyətdə çaşqınlıq yaratmamağa çağırıb.