Ermənistan Respublikasının Xİ nazirinin vəzifəsini müvəqqəti icra edən Ara Ayvazyan “BBC Weekend” proqramına müsahibə verib. Müsahibəni təqdim edirik:
Sual: Prezident Baydenin bəyanatına cavabınız nədir? Gözlədiyiniz bu idi?
Ara Ayvazyan: 106 il əvvəl olduğu kimi, bu gün də erməni xalqı tarixi ədalət, tarixi vətənində təhlükəsiz və ləyaqətli həyat uğrunda mübarizə aparır. Prezident Baydenin ABŞ-ın 20-ci əsrdə erməni xalqına qarşı törətdiyi vəhşilikləri açıq şəkildə soyqırım kimi tərif etdiyinə dair bəyanatını alqışlayırıq. Xatırladaq ki, 2019-cu ildə Erməni Soyqırımını tanıyan və qınayan müvafiq qətnamələr ABŞ Nümayəndələr Palatası və Senatı tərəfindən qəbul edilib.
Dünən biz Erməni Soyqırımının 106-cı ildönümünü andıq. Həm burada, həm Ermənistanda, həm də dünyanın müxtəlif hissələrində բeynəlxalq birliyin güclü həmrəylik və dəstək mesajlarının şahidi olduq․ Bu, soyqırımın qınanması və qarşısının alınması üçün beynəlxalq mübarizədə birgə səylərimizi artırmağımıza ilham verdi․
Sual: Cənab Ayvazyan, sizcə digər ölkələr də bu nümunəni götürəcəklərmi?
Ara Ayvazyan: Erməni Soyqırımının tanınması və pislənməsi ümumbəşəri məsələdir. Bu müraciət, Erməni Soyqırımının dünya səviyyəsində tanınmasına və soyqırımların qarşısının alınmasına əhəmiyyətli töhfə verir. Bu gün ABŞ səlahiyyətliləri birmənalı şəkildə insan hüquqlarının və insanlıq prinsiplərinin qorunmasına sadiq olduqlarını bir daha təsdiqlədilər.
Sual: Cənab Ayvazyan, sizcə Baydenin bəyanatı Türkiyə ilə münasibətlərinizə necə təsir edə bilər?
Ara Ayvazyan: Türkiyə ilə münasibətlərə gəlincə, Türkiyə 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Ermənistana qarşı aqressiv düşmənçilik siyasəti yürüdür. Türkiyə Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina etdi, sərhədi bağladı və Ermənistana qarşı getdikcə düşmənçilik siyasəti yürütdü. Üstəlik, Türkiyə Azərbaycanın Dağlıq Qarabağ xalqına təcavüzündə birbaşa iştirak etdi, bölgəmizə minlərlə xarici silahlı terrorçu göndərdi.
Ümid edirik ki, Amerika Birləşmiş Ştatlarının Prezidentinin bu çox vacib bəyanatı dialoqa və sonda münasibətlərin normallaşmasına zəmin yaradacaqdır. Həm də regional sülh və sabitliyə töhfə verəcəkdir.
Sual: Bu münasibətlərin mümkün normallaşmasında hansı rol oynayacaq? Bəziləri bu açıqlamanın, ABŞ-a qarşı xalqının dəstəyini qazanmaq üçün prezident Ərdoğanın əlində oyun kartına çevriləcəyini iddia edirlər.
Ara Ayvazyan: Düşünürəm ki, bu, Türk cəmiyyətinin tarixin səhifələri ilə üzləşməsinə zəmin yaradır. Xalqı tarixlərinin faciəli səhifələri ilə bağlı suallar qaldırmağa məcbur edir. Düşünürəm ki, bu da iki qonşu ölkə arasında dialoqa yol açacaqdır. İki qonşu ölkə arasında uçurum yaranmışdı, düşünürəm ki, bu, münasibətlərimizin normallaşması üçün çox vacib addım olacaqdır.