New York Times qəzeti "Tarixdə və Siyasətdə Erməni Soyqırımı" mövzusunda bir məqalə dərc edərək ABŞ Prezidenti Co Baydenin soyqırım ifadəsinin işlətməsinə toxunub. Məqalədə qeyd olunur ki, ABŞ hökuməti Osmanlı İmperiyasının bir əsr əvvəl törətdiyi 1,5 milyon erməninin qətlini rəsmi olaraq soyqırım kimi tanıyır.
Türkiyəni qəzəbləndirmək riski yüksək olmasına baxmayaraq, ABŞ prezidenti Bayden ən dəhşətli cinayət olan 1,5 milyon erməninin öldürülməsini soyqırım adlandırdı.
Co Bayden belə bir bəyanatla çıxış edən ilk Amerika prezidenti oldu. ABŞ-ın keçmiş prezidentləri, NATO ilə müttəfiqi, Avropa və Orta Şərqin kəsişməsində olan Türkiyəyə qarşı çıxmaq istəmirdilər.
Soyqırım ifadəsinin işlətməsi soyqırımı inkar edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana mənəvi bir tokat idi. Papa Fransisk də daxil olmaqla, Erməni Soyqırımını tanıyan bütün liderlərə qəzəbini dilə gətirdi.
Məqələ soyqrımın ifadəsinə də toxunub. Soyqırım ifadəsi ilk dəfə yəhudi əsilli polşalı vəkil Rafael Lemkin tərəfindən istifadə edildi. Soyqırım cinayət olaraq beynəlxalq olaraq 1948-ci ildə BMT tərəfindən təyin edilmişdir.
Məqalədə Erməni Soyqırımı ifadəsinə aydınlıq gətirilir və bütün həqiqətlər təqdim olunur. Erməni Soyqırımı, Osmanlı İmperiyası zamanı ermənmilə qarşı törədilən soyqırımdır. Qeyd olunur ki, 1,5 milyon erməni Osmanlı əsgərləri və polisi tərəfindən öldürülüb, zorla didərgin düşüb və indiki Suriyaya və Yaxın Şərqin digər bölgələrinə sürülüb.
Erməni Soyqırımı 20-ci əsrin ilk soyqırımı idi. Türkiyə hökuməti bunu inkar edir. 1981-ci ilin aprelin 22-də ABŞ Prezidenti Ronald Reyqan Erməni Soyqırımına toxunub. Ancaq ABŞ liderləri Türkiyədən əks-zərbə almamaq üçün qətlləri soyqırım adlandırmaqdan xeyli dərəcədə yayınmışlar.