Ermənistanda son sutkada koronavirusa 595 yoluxma qeydə alınıb, 801 nəfər sağalıb.
Məlumatı ER Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 214 064-ə çatıb.
Məlumata görə, ölkədə son sutkada daha 18 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 058 nəfərə yüksəlib.
Koronavirusa yoluxan 195 701 nəfər sağalıb. Hazırda 13 297 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. Ümumi olaraq 969 969 test aparılıb.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 008 nəfərdir.