Azərbaycan prezidentinin sözdə “Zangezur dəhlizi”-nin yaradılması barədə bəyanatı bu günlərdə İran KİV-lərində aktiv şəkildə müzakirə olunur.
Beynəlxalq hüquq məsələləri üzrə ekspert Əhməd Kazemi 2Fars” agentliyinə müsahibədə qeyd edib ki, tarixdə sözdə “Zangezur dəhlizi” konsepsiyası olmayıb və bu, Bakı tərəfindən yeni tarixi saxtakarlığıdır, bunun heç bir hüquqi əsası yoxdur.
Ekspertin fikrincə, Əliyevin sözləri göstərir ki, Bakının məqsədi rabitə yolları açmaq, Qarabağın hüquqi statusunu müəyyənləşdirmək və Yerevanla münasibətləri normallaşdırmaq deyil.
Kazemi əlavə etdi ki, Azərbaycan sözdə “Zangezur dəhlizi” ilə regionda İranın geosiyasi mövqelərini neytrallaşdırmaq və İranı regional energetik layihələrdən kənarlaşdırmaq istəyir.
“Mehr” agentliyinin saytında yayılmış məqalədə isə, vurğulanıb ki, Ermənistana qarşı Azərbaycanın ərazi tələbləri İran maraqlarına cavab vermir və Tehran bu cür bəyanatları rəsmi şəkildə qınamalıdır.