Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Bu barədə RFI məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər:
Vəziyyətin sabit olduğu, Rusiya və Azərbaycan Prezidentlərinin və Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il tarixli Dağlıq Qarabağla bağlı bəyanatının icrası ilə bağlı işlərin planauyğun davam etdirildiyi qeyd edilib.
ATƏT-in Minsk qrupu da daxil olmaqla, Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri üzrə əməkdaşlıq etməyə qarşılıqlı hazırlıq ifadə edilib.