Aprelin 26-da ER Müdafiə naziri Vağarşak Harutyunyan Hindistanın ER-dakı fövqəladə və səlahiyyətli səfiri Kişan Dan Devali qəbul etdi.
Görüş zamanı müdafiə sahəsində Ermənistan-Hindistan əməkdaşlığının cari vəziyyəti və gələcək layihələri müzakirə edildi. Hərbi-texniki əməkdaşlığın inkişaf prespektivlərinə xüsusi əhəmiyyət verilib.
Yaxın gələcəkdə mütəxəssis qrupların qarşılıqlı səfərlərinin təşkili barədə razılıq əldə edildi.
Tərəflər həmçinin regional təhlükəsizliklə bağlı məsələləri, xüsusilə də Artsaxa qarşı başladılmış hərbi əməliyyatları, bunlardan sonra yaranmış vəziyyəti, regional təhlükəsizliyə təhdid edən təhlükələri müzakirə etdi.