Ermənistanda son sutkada daha 181 nəfər koronavirusa yoluxub, 820 nəfər sağalıb.
Bu barədə məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 213 469-a çatıb, koronavirusdan ölənlərin ümumi sayı 4 040 nəfərə yüksəlib.
Hazırda koronavirusa yoluxan 194 900 nəfər sağalıb. Ölkədə 13 527 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.