Nümayəndə heyətimiz, xüsusən də AŞPA daxilində Azərbaycana qarşı artan beynəlxalq təzyiqləri davam etdirmək vəzifəsini yerinə yetirib və beləliklə problemimizin həllinə nail olmağa çalışıb. Bunu AŞPA-da ER nümayəndə heyətinin rəhbəri Ruben Rubinyan AŞPA-nın son plenar iclasının gündəliyinə erməni əsirləri məsələnin daxil olmasına toxunaraq qeyd edib. Xatırladaq ki, AŞPA Monitorinq Komitəsi Azərbaycanı erməni əsirlərini geri qaytarmağa çağıran bəyanat qəbul edib.
Rubinyan qeyd edib ki, AŞPA sessiyasında da bu mövzu ilə bağlı açıqlamalar verilib: "Azərbaycan, hərbi əsirləri geri qaytarmayaraq üçtərəfli bəyanatı və beynəlxalq humanitar hüququ pozaraq son dərəcə qeyri-konstruktiv davranır. Oğlanlarımızı geri qaytarmaq üçün yeganə yol beynəlxalq təzyiqi artırmaqdır”.
Onun fikrincə, beynəlxalq təyziq, mümkün olan bütün beynəlxalq instansiyalarda, mümkün olan bütün ikitərəfli münasibətlərdə baş verməli olan hərtərəfli prosesdir.
AŞPA-dakı erməni nümayəndə heyətinin üzvlərindən Tatevik Hayrapetyan da, hərbi əsirlərin sərbəst buraxılması üçün beynəlxalq təzyiqlər baxımından parlament diplomatiyası platformalarının istifadəsini vacib sayıb.