Bu gün 1915-ci ildə törədilmiş Erməni Soyqırımının 106-cı ildönümüdür. 24 aprel Erməni Soyqırımı günü sayılsa da, ermənilərin qırğınları XIX əsrin sonlarında başlayıb. 1892-1923-cü illərdə Türkiyə hakimiyyəti, öncə Həmid Türkiyəsi, sonra da Gənc Türklər hökuməti soyqırım təşkil etdi və bu soyqırım nəticəsində Qərbi Ermənistan, Kilikiya və Osmanlı İmperiyasındakı erməni əhalisi kütləvi şəkildə məhv edildi.
Birinci mərhələdə, orduya cəlb edilən 15-45 yaş arası bütün erməni kişilər silahdaşları tərəfindən silahsızlanaraq öldürüldü, sonra türk quldurları qadınlar, qocalar və uşaqlar da daxil olmaqla, müdafiəsiz erməni əhalisini qırmağa başladı.
Kütləvi sürgün və qırğın təşkil edildi. Ermənilər ya xristianlığı inkar etməyə məcbur edildi, ya da öldürüldü. Qərbi Ermənistanın sağ qalan erməniləri isə, çöllərə, əsasən Der Zora sürgün edildi və orada məhv edildi.
1915-ci il aprelin 24-də Konstantinopolda həbs edilmiş 600 erməni ziyalı sürgün edildi və yolda öldürüldü. Statistikaya görə, Osmanlı İmperiyasında təxminən 2500 kənd və 66 şəhərin erməni əhalisi (təxminən 1,5 milyon insan) qırıldı. 2350 kilsə və monastır talan edildi və məhv edildi. 1500 məktəb və kollec dağıdıldı.
1965-ci ildən bəri 24 apreldə insanlar Tsitsernakaberd Memorialına gedib, 1,5 milyon qurbanın xatirəsini yad edirlər.