Artsax Respublikasının Xarici İşlər Nazirliyi, Erməni Soyqırımının 106-cı ildönümü münasibətilə açıqlama yaydı. Açıqlamada deyilir, ki Erməni Soyqırımı, erməni xalqı və dünya tarixinin ən faciəli və qanlı səhifələrindən biridir
1915-1923-cü illərdə Türkiyənin törətdiyi bu kütləvi cinayət nəticəsində 1,5 milyondan çox erməni öldürüldü, iki milyona yaxın insan isə sürgün edildi. Erməni xalqı tarixi yurdunu və mədəni irsinin böyük hissəsini itirdi.
Qeyd olunur ki, Erməni Soyqırımından sonra Türkiyədəki digər etnik qrupların - Yunanlıların, Yezidilərin, Kürdlərin, Assuriyalıların və digər etnik qrupların soyqırımı, qətliamı və sürgünü törədildi.
“Türkiyə yalnız Erməni Soyqırımını tanımaqdan imtina etmir, eyni zamanda digər ölkələrdə də tanınması prosesinə maneə olur. Üstəlik, bu gün bu ölkənin rəhbərliyi erməni xalqına qarşı soyqırım siyasətini davam etdirir, bunun bariz nümunəsi Türkiyənin 2020-ci il sentyabrın 27-də Artsaxa qarşı Azərbaycan tərəfindən başladılmış müharibənin planlaşdırılmasında və humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan hərbi əməliyyatlarında fəal iştirakıdır.
Türkiyə və Azərbaycanın cinayəkar siyasəti, onların pantürkist planları təkcə Cənubi Qafqaz üçün deyil, bütün sivil dünya üçün ciddi bir təhlükə yaradır.
Erməni Soyqırımının beynəlxalq səviyyədə tanınması, qınanılması və tarixi ədalətin bərpasında qərarlı olacağıq",-bəyanatda qeyd olunur.