Aprelin 24-də Ermənistan Respublikasının Müdafiə naziri Vağarşak Harutyunyan Rusiya Federasiyasının Müdafiə naziri, Ordu generalı Sergey Şoyqu ilə telefon danışığı apardı.
İki ölkənin Müdafiə nazirləri Artsaxda yerləşən Rusiya kontingentinin sülhməramlı missiyasını, ER Silahlı Qüvvələrində başladılan genişmiqyaslı islahatların əsas istiqamətlərini, habelə Ermənistan-Rusiya ortaq kontingentinin birgə fəaliyyətlərini və gələcək layihələri müzakirə etdilər.
Regional məsələlərə də toxunuldu.