Ermənistanda son sutkada koronavirusa 764 yoluxma qeydə alınıb, 1079 nəfər sağalıb.
Məlumatı ER Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 212 878-ə çatıb.
Məlumata görə, ölkədə son sutkada daha 17 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 001 nəfərə yüksəlib.
Koronavirusa yoluxan 193 360 nəfər sağalıb. Hazırda 14 517 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.