ER Baş naziri Nikol Paşinyan, Erməni Soyqırımının 106-cı ildönümü münasibətilə bəyanatla çıxış edib. Bəyanatda deyilir:
“Sevimli həmvətənlər,
Bu gün biz on illərdir olduğu kimi, Erməni Soyqırımının günahsız qurbanlarını anırıq. Birinci Dünya Müharibəsi dövründə Osmanlı İmperiyasının cinayətkar siyasətinin qurbanı olan 1.5 milyon günahsız qurbanların xatirəsini ehtiramla yad edirik.
106 il əvvəl Osmanlı İmperiyasında Gənc Türklər hökumətinin əlləri və ideloqiyası ilə 20-ci əsrin ilk soyqırımı törədildi. O günlərdə baş verənlər böyük dövlətlər tərəfindən bəşəriyyətə və insan sivilizasiyasına qarşı bir cinayət kimi qiymətləndirildi. Min illiklər keçə belə, biz xatırlayacağıq və bütün dünyaya unutdurmayacağıq ki, 1915-ci il aprelin 24-də erməni ziyalılar tutularaq ölümə məhkum edildi. Xalqın intellektual, dini və mədəni elitası kəsildi. Erməni xalqı öz doğma yurdunda yaşamaq hüququndan məhrum edildi və kütləvi şəkildə qırıldı. Xalqımız qeyri-insani əzablara və misilsiz itkilərlə məruz qaldı. Xalqımızın mədəni və dini irsinə dəyən ziyan bərpaolunmaz və qiymətləndirilməzdir.
Bizimlə birlikdə pontoslu yunanlar, assurilər və yezidilər öz doğma vətənlərindən məhrum oldular. Ermənilər üçün bu qardaş xalqlar da məhv edildi, vətənlərində yaşamaq hüququndan məhrum olundu.
Bu dəhşətli cinayətlərin günahkarları kimlər idi, bu törədilən cinayətlərin cavabdehı kimlər idi? Cavab birmənalıdır. Osmanlı İmperyasının türkizm və pantürkizm ideoloqiyası olan Gənc Türklər hakimiyyətiydi. Bu ideoloqiyaların əsas niyyətlərindən biri monoetnik Türkiyənin yaradılması idi. Milli və dini azlıqlardan qurtulmaq ideoloqiyasıöz növbəsində ermənilərə qarşı nifrət yaratdı.
II Dünya Müharibəsi dövründə Almaniyanın Nasist partiyasının rəhbərliyi yəhudi xalqının soyqırımını törətdi. Altı milyon yəhudi Holokostun qurbanı oldu. Müharibədən sonra günahkarlar ədalət mühakiməsinin qarşısına çıxıb, layiqli cəzanı aldılar. Soyqırım ideoloqiyası pisləndi. Nasizm cinayət ideologiyası adlandırıldı. Bu gün dünyada heç kim bunu müdafiə etməyə cəsarət etmir.
Ancaq tarixi şərtlərə görə, eyni şey Erməni Soyqırımı üçün baş vermədi. Çünki keçən əsrin birinci yarısında dövləti bu cür dəhşətli vəhşiliklərə görə məsuliyyətə cəlb etmək üçün ədalət mexanizmləri hələ inkişaf etdirilməmişdi. Soyqırım ifadəsi belə yox idi.
Üstəlik, erməni xalqı məhkəməni davam etdirmək imkanından məhrum edilmişdi. Soyqırımdan sonrakı ilk onilliklərdə diasporanın səsi yetərincə eşidilmirdi.Onun yaraları qanırdı və milli strukturlar yeni ayağa qalxırdı. Sovet Ermənistanı isə Böyük Vətən Müharibəsinin sonuna kimi məsələni qaldırmaq imkanından məhrum edilmişdi.
Erməni diasporası Erməni Soyqırımının tanınması məsələsini İkinci Dünya Müharibəsindən sonrakı onilliklərdə eşitdirməyi bacardı. Ancaq dünyanın ikiqütblü olduğu bir dövrdə, pantürkizm tarixi bir keçmiş olaraq qəbul edildi. Erməni Soyqırımı və onu doğan ideoloqiya cəzasız qaldı. Cəzasız qalan cinayətlər və onları doğan ideoloqiyalar isə təkrarlanmaq və təkrarən ortaya çıxmaq vərdişlərinə malikdir.
İkinci Qarabağ müharibəsi, Artsaxda erməni xalqı yer üzündən silməsinə istiqamətlənmiş Azərbaycan və Türkiyənin təcavüzü, Türkiyənin ambisiyalı xarici siyasəti, Ermənistana qarşı ərazi iddeaları soyqırım ideoloqiyasının dirçəlişinin sübutudur. Ermənifobiya pantürkizmin hissəsidir. Bunun ən iyrənc təzahürünü isə Azərbaycan hakimiyyətlərinin törətdiklərində aydın şəkildə görürük.
Bu neopantürkizm təhdidinə cavabımız necə olmalıdır? Yalnız və yalnız möhkəm demokratiya və qanunun aliliyi prinsipləri üzərində qurulan, güclü müttəfiqləri olan Ermənistanın olması. Eyni zamanda, yalnız cinayətlərin pislənməsi gələcəyin yeni cinayətlərini dayandıra bilər və biz Erməni Soyqırımının dünyanın müxtəlif ölkələri tərəfindən tanınmasını yüksək qiymətləndiririk.
Lakin bu, heç bir şəkildə regional dialoqun inkar edilməsi kimi yozula bilməz. Biz buna hazırıq. Ancaq xəyal etdiyimiz dialoq güc mövqedən ola bilməz. O yalnız bərabərlik prinsipi ilə həyata keçirilə bilər. Biz heç vaxt Erməni Soyqırımının yer olduğunu şübhə altına almayacağıq, qoy hansısa biri düşünməsin ki, hər hansı bir erməni, Ermənistan və ya diasporaınr hansısa bir siyasi qüvvə haçansa günahsız qurbanlarımızın xatirəsinə xəyanət edərək Erməni Soyqırımına şərik olacaq.
Sevimli həmvətənlər,
Aprelin 24-ü millətimizin, xalqımızın keçmişi və gələcəyi haqqında düşünmək üçün ən müvafiq andır, gücümüzün və hərəkətlərimizin qiymətləndirilməsi üçün ən uygun fürsətidir. Ötən əsrin əvvəlində xalqımızın qarşılaşdığı təhdidlər bu gün də mövcuddur. İkinci Qarabağ müharibəsi bunun parlaq sübutudur. Yalnız aparıcı iqtisadiyyata, müasir təhlükəsizlik və siyasi sistemə sahib olan və bütün erməniləri ətrafında birləşdirəcək olan Ermənistan bu çətinliklərə müqavimət göstərə bilər”.