Aprelin 22-də Ermənistan Respublikasının Rumıniyadakı səfiri Sergey Minasyan məşhur rumıniyalı erməni jurnalist, aparıcı, prodüser, Rumıniyadakı Erməni Birliyinin Kluj şöbəsinin sədri Karen Şebeşin "Günahsız qanın fəryadı: Erməni Soyqırımının yüzilliyi - (1915-2015) TVR Klujda” kitabının təqdimat-müzakirəsində iştirak edib.
Kitabda Rumıniyanın ictimai TVR Kluj teleşirkəti tərəfindən hazırlanmış və erməni xalqı tarixinin ən faciəli səhifəsi olan Erməni Soyqırımına həsr olunmuş reportajlar və məqalələr yer alıb.
Müzakirə zamanı Erməni Soyqırımının beynəlxalq tanınması prosesinin tarixi, elmi-tədqiqat və siyasi xüsusiyyətlərinə toxunulub.
Tədbir iştirakçıları soyqırımın bəşəriyyətə qarşı bir cinayət olduğu, bunun cəzasız qalması yeni fəlakətlər doğurduğuna dair həmfikir olduqlarını vurğulayaraq qeyd etdilər ki, 2020-ci il payızında Türkiyənin birbaşa iştirakı ilə Artsaxa qarşı Azərbaycanın başlatdığı təcavüz və humanitar böhran bunun bir nümunəsiridir.
Tədbirdə Rumıniyanın elmi, ictimai və siyasi sahələrinin aparıcı xadimləri ilə yanaşı, Rumıniyadakı erməni icmasının tanınmış nümayəndələri iştirak etdilər.