ER parlamentinin sədri Ararat Mirzoyanın dəvəti ilə Fransa Respublikası Senatının sədri Jerar Larşenin rəhbərlik etdiyi nümayəndə heyəti Erməni Soyqırımının 106-cı ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Ermənistana gələcəkdir.
Nümayəndə heyəti Senatda təmsil olunan bütün siyasi qrupların rəhbərlərindən ibarətdir.
Fransa nümayəndə heyəti ER parlamentinin sədri Ararat Mirzoyan, parlament fraksiya və komitələrinin nümayəndələri ilə görüşlər keçirəcəkdir. Ermənistan Respublikasının Baş naziri, prezidenti və Ümumerməni Katolikosu ilə görüşlər də planlaşdırılır.