Aprelin 22-də Kvebek parlamenti, Kanada Hökumətinin hərbi məhsulların Türkiyəyə tədarükünü dayandırması qərarını dəstəkləyərək, Erməni Soyqırımının 106-cı ildönümünə həsr olunmuş qətnamə qəbul etdi.
Kvebek parlamenti, Erməni Soyqırımının 106-cı ildönümünü anaraq, qeyd edir ki, soyqırım nəticəsində 1.5 milyon kişi, qadın və uşaq öldürülüb.
Təəssüf ki, Türkiyə tərəfindən inkar edildiyi səbəbilə Soyqırımın siyasi olaraq tanınması hələ də dünyada müzakirə mövzusudur.
Qeyd olunur ki, son bir il ərzində erməni xalqı yenə Dağlıq Qarabağda qanlı hadisələrin və işgəncənin qurbanı olub.
Parlament erməni xalqı ilə həmrəy olduğunu bildirir və onların dilini, mədəniyyətini və inancını qoruyaraq, sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququnu tanıyır.