Ermənistanda son sutkada koronavirusa 715 yoluxma qeydə alınıb, 1 123 nəfər sağalıb.
Məlumatı ER Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 212 114-ə çatıb.
Məlumata görə, ölkədə son sutkada daha 15 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 984 nəfərə yüksəlib.
Koronavirusa yoluxan 192 281 nəfər sağalıb. Hazırda 14 854 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 955 515 test aparılıb.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 995 nəfərdir.