ER-nın Rumıniyadakı səfiri Sergey Minasyan, Rumıniyanın YUNESKO üzrə Milli Komissiyasının baş katibi Madlen Şerban ilə görüşüb. İki ölkənin YUNESKO-nun milli komissiyaları arasındakı əməkdaşlıq müzakirə edilib.
Səfir Minasyan, payızda Artsaxa qarşı Türkiyə-Azərbaycan təcəvüzü zamanı və onun nəticəsində yaradılmış humanitar böhran şəraitində, erməni tarixi, mədəni və dini irsini təhdid edən təhlükələri təqdim edib. ER səfiri, eyni zamanda, Şerbana YUNESKO-nun Artsaxa texniki missiya göndərməsi və Azərbaycanın bu baxımdan dağıdıcı mövqeyi ilə bağlı məlumat verib.
Hər iki tərəf, Rumıniyadakı erməni tarixi və mədəni irs abidələrinin qorunub saxlanılmasından məmnunluqlarını bildiriblər. Səfir, həmçinin Rumıniyada qeyri-maddi erməni mədəni irsinə göstərilən xüsusi diqqətə görə minnətdarlığını bildirib.