Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Vladimir Vardanyan Almaniyanın Avropa İttifaqı İşləri üzrə Dövlət Naziri Mixayel Rota Avropa İnsan Hüquqları Məhkəməsinin qərarların yerinə yetirilməməsinə dözməyəcəyinə dair açıqlaması barədə iki sual ünvanlayıb.
“Erməni hərbi əsirlərin vəziyyəti barədə çox yaxşı bilirsiniz və Avropa Məhkəməsi bəzi müvəqqəti tədbirlərin tətbiqi barədə sizə artıq məlumat verdi. Azərbaycan Avropa İnsan Haqları Məhkəməsi ilə əməkdaşlıq etmir”,-Vardanyan qeyd edib.
“Görülən aralıq tədbirlərə hörmət edildiyi zaman növbəti prezidentliyiniz dövründə də dözümsüzlük göstərəcəksiniz?”,- AŞPA-da erməni nümayəndəsi soruşub.
İkinci sual nifrət nitqi ilə bağlı idi. Vladimir Vardanyan nazirin ermənilərə qarşı nifrət nitqi ilə bağlı fikirlərini öyrənmək istədi.
Vardanyan Azərbaycanda ermənilərə qarşı ən yüksək səviyyədə müxtəlif təhqirlərin səsləndirildiyini vurğulayaraq Azərbaycanda açılan "park"-ına da toxundu.